Xəbərlər

Mişel Vuazan: “ATƏT DTİHB-in Azərbaycandakı seçkilərlə bağlı bəyanatı birtərəfli sənəddir”
14 oktyabr, 2013 10:57

Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb.

ERtv-yə millət vəkili Elxan Süleymanovun verdiyi məlumata görə, sessiyanın ilk iş günündə ATƏT PA-nın Daimi Komitəsinin iclası keçirilib.

Komitə iclasında Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazan məruzə ilə çıxış edib.

M.Vuazan ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəaların əks olunduğunu və bu bəyanatın ATƏT PA, AŞPA və Avropa Parlamenti müşahidəçilərinin qeyd etdikləri müsbət fikirləri əks etdirməyən birtərəfli sənəd olduğunu təəssüflə bildirib.

O, ATƏT DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını qeyd edərək bu barədə fikirlərini katibliyə təqdim etdiyi hesabatda ətraflı izah etdiyini Komitə üzvlərinin diqqətinə çatdırıb.

M.Vuazan Azərbaycanda keçirilən prezident seçkilərini Avropa Şurası və ATƏT standartlarına yaxınlaşmaq istiqamətində böyük bir addım adlandıraraq seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və demokratiya istiqamətində irəliləyiş olduğunu bir daha vurğulayıb, bununla bağlı Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bəyanatlarına tamamilə qoşulduğunu bəyan edib.

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli müşahidə missiyasının rəhbəri M.Vuazan Daimi Komitədəki çıxışı zamanı ATƏT DTİHB-nin oktyabrın 10-da Bakıda verdiyi bəyanatın ilk cümləsində güya həmin bəyanatın ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) və ATƏT PA-nın birgə səyləri nəticəsində ərsəyə gələn sənəd olması ifadəsinə də öz kəskin etirazını bildirib. O, qətiyyətlə bəyan edib ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər.

ATƏT PA missiyasının rəhbəri olaraq o özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak edib və bu bəyanata qarşı etirazını bildirib. Daimi Komitənin iclasında M.Vuazan Azərbaycanda keçirilən prezident seçkilərində şübhəsiz qalib müəyyənləşdiyini bildirib və ATƏT PA-nın üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan ayrılmağa çağırıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.