Xəbərlər

“Xalq sənəti, El təranələri” Ümumrespublika Xalq yaradıcılığı bayramı keçirilib
13 oktyabr, 2013 18:16

Mədəniyyət və Turizm nazirliyi təşəbbüsü, Zaqatala rayon icra hakimiyyəti və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Zaqatalada “Xaql sənəti, El təranələri” Ümumrespublika Xalq yaradıcılığı bayramı keçirilib.

ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, 20-dən artıq milli azlğın birgə yaşadığı Zaqatalada ilk dəfə təşkil edilən bayramda respublikamızın cənub, şirvan və şimal-qərb bölgəsinə daxil olan rayonlarından xeyli sayda folklor qrup və rəqs kolektivləri iştirak ediblər.

Layihənin rəhbəri, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin sədri Dünyamın Xəlilov bildirir ki, rayonda 20-dək xalqın və millətin nümayəndəsi yaşayır. Əsrlər boyu birgə yaşayış buradakı mədəni irsi zənginləşdirib, xalq sənətinin inkişafına təkan verib. Müxtəlif xalqların və millətlərin folklor, xalq yaradıcılığı nümunələri bu gün də yaşadılır, yerli özfəaliyyət kolektivləri müxtəlif qədim mahnı və rəqsləri, el tamaşalarını nümayiş olunur, xalq sənətkarlığının qədim növləri qorunur və inkişaf etdirilir.

Məhz bu baxımdan Zaqatala Azərbaycanın Folklor paytaxtı seçilib və belə bir tədbiri təşkil etməklə Azərbaycanda mövcud olan tolerantlığı dünyaya nümayiş etdiririk. “Xalq sənəti, El təranələri” Ümumrespublika Xalq yaradıcılığı bayramında Azərbaycanın cənub mirvarisi Masallıdan, qədim Şamaxıdan, məbədlər diyarı Balakəndən, Şəki və Qaxdan eləcə də Zaqatala rayonunun kənd və qədəbələrində fəaliyyət göstərən folklor qrupları iştirak ediblər.

Ümumrespublika Xalq yaradıcılığı bayramı çərçivəsində fəallıq göstərən folklor qruplara, folklorumuzun təbliği sahəsində fərqlənən mədəniyyət işçiləri və ziyalılara təşkilatçılar tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Tədbir folklor kollektivlərinin və incəsənət ustalarının çıxışı ilə davam edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.