Xəbərlər

Dünya Bankı: 5 gündən sonra ABŞ-ı maliyyə fəlakəti gözləyir
13 oktyabr, 2013 18:11

Dünya Bankının rəhbəri Cim Yen Kim xəbərdarlıq edib ki, ABŞ-ı qlobal fəsadlara yol açacaq maliyyə fəlakətindən cəmi bir neçə gün ayırır.

ERtv Trend-ə istinadən xəbər verir ki, C.Y.Kim bildirib: "Hazırda bizi olduqca təhlükəli məqamdan cəmi 5 gün ayırır.

Mən ABŞ siyasətçilərini tez bir zamanda dövlət borcunun yuxarı həddinin qaldırılması ilə bağlı son möhlət bitənədək qərar qəbul etməyə çağırıram. Fəaliyyətsizlik faiz dərəcələrinin artımına, iqtisadi artımın ləngiməsinə gətirib çıxara bilər".

Onun sözlərinə görə, bu baş verərsə, həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş iqtisadiyyatlar fəlakətlə qarşılaşacaq.

Qeyd edək ki, hazırda respublikaçılar və demokratlar ABŞ-ın büdcəsi və dövlət borcunun yuxarı həddi (limit) üzrə razılığa gələ bilmirlər. Belə vəziyyət davam etsə, ABŞ-ı defolt təhlükəsi gözləyir.

Xatırladaq ki, yeni büdcə oktyabrın 1-dək qəbul olunmalı idi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.