Xəbərlər

İqtisadi inkişaf naziri Göyçayda vətəndaşları qəbul edib
12 oktyabr, 2013 17:14

Oktyabrın 12-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Göyçay şəhərində vətəndaşları qəbul edib.

ERtv-yə nazirlikdən daxil olan məlumata əsasən, Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda nazir Şahin Mustafayev Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləmiş, qaldırılan məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri operativ olaraq yerindəcə həllini tapıb.

İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gəlmiş vətəndaşların müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlər barədə olub.

Qəbulda olan sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların təklifləri dinlənilmiş, taxılçılıq, istixana təsərrüfatlarının yaradılması, quşçuluq, heyvandarlıq, emal, kiçik istehsal və xidmət sahələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Ümumilikdə qəbulda 50-dən çox vətəndaş iştirak edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.