Xəbərlər

Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib
12 oktyabr, 2013 17:13

Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib.

Nazirlikdən ERtv-yə verilən məlumata görə, iclasda Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, bu ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.

Kollegiyada çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrini yüksək dəyərləndirib. İclasda Bakıda forumun beynəlxalq mərkəzinin yaradılması ilə bağlı lazımi tədbirlərin görülməsi, 2015-ci ilin payızına nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar tədbirlər planının hazırlanması, tədbir çərçivəsində dünya ölkələrinin mədəniyyət və turizm nazirlərinin ikinci görüşünün təşkili məsələləri müzakirə olunub.

Bu ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarında mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqlərin nəticələrindən danışan Əbülfəs Qarayev İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri və digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri monitorinqlər zamanı ciddi problemlərin ortaya çıxdığını bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.