Xəbərlər

Türkiyə XİN Azərbaycanda prezident seçkilərinin nəticələrini yüksək qiymətləndirib
12 oktyabr, 2013 17:05

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat yaymışdır.

Bəyanatda seçkilərin dinc və şəffaf şəraitdə keçməsindən məmnunluq ifadə olunur.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, ürkiyə XİN-in bəyanatında deyilir: “Biz tam əminik ki, Türkiyə-Azərbaycan əlaqələrinə mühüm töhfələr vermiş hörmətli Prezident İlham Əliyev önümüzdəki müddətdə də “bir millət, iki dövlət” prinsipi ilə ikitərəfli əlaqələrimizin daha da dərinləşməsinə səy göstərməkdə davam edəcəkdir”.

Bəyanatda vurğulanır ki, prezident seçkiləri dost və qardaş Azərbaycanın demokratiya baxımından atdığı mühüm bir addımdır və Türkiyə bu seçkilərin Azərbaycan xalqı üçün xeyirli olmasını arzulayır.

Daha sonra bəyanatda Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın seçkilərin ilkin nəticələri elan olunduqdan dərhal sonra Prezident İlham Əliyevi təbrik etdikləri xatırladılır. Həmçinin belə bir inam ifadə olunur ki, Azərbaycanın bölgədə qazandığı müstəsna mövqe ilə mükəmməl səviyyəyə çatmış Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da dərinləşəcək, Prezident İlham Əliyev istər Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafına, istərsə də ölkələrimiz arasında əlaqələrin inkişafına yeni töhfələr verəcəkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.