Xəbərlər

ATƏT PA-nın sessiyasında terrorizm, insan hüquqları, sivilizasiyalırın ittifaqı məsələləri müzakirə olunacaq
12 oktyabr, 2013 17:02

Milli Məclis (MM) sədrinin müavini, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat sözügedən qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 16-dək Monteneqronun Budva şəhərində səfərdə olacaq.

ERtv xəbər verir ki, nümayəndə heyətinə MM-in komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər.

Sessiya çərçivəsində ATƏT Parlament Assambleyasının Aralıq Dənizi Forumu və “Transmilli təhdidlər və insan hüquqlarının müdafiə olunmasında ATƏT-in rolu” mövzusunda parlament konfransı keçiriləcək.

Bu tədbirlərdə Aralıq Dənizi regionu: sivilizasiyaların ittifaqı, Suriyada vəziyyət, ATƏT məkanında terrorizmə və transmilli təhdidlərə qarşı mübarizə və insan hüquqlarına riayət olunması, təhlükəsizlik sahəsində maliyyə böhranının nəticələri, müxtəlif cəmiyyətlərin inteqrasiyası və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri B.Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Sessiya ərzində Assambleya Bürosunun və Daimi Komitəsinin də iclasları keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.