Bədii gimnastika üzrə ilk Bakı çempionları müəyyənləşdi
11 oktyabr, 2013 20:49
Bədii gimnastika üzrə 20-ci Bakı Çempionatı start götürüb.
ERtv-nin Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, yarışmanın artıq ilk qalibləri məlumdur.
2005-ci il təvəllüdlü idmançı qızların turnirində çoxnövlülükdə Fidan Şirinova 23,10 bal yığaraq birinci olub. Arzu Cəlilova 31,75 balla 2004-cü il təvəllüdlü gimnastların arasında liderliyi ələ alıb. 2003-cü il təvəllüdlü gimnastların arasında isə Dərya Fərşbafşəhriyari 32,12 bal yığaraq qalib gəlib.