Xəbərlər

Türkiyənin səfiri: Şəki Bursa qədər gözəl və doğmadır
11 oktyabr, 2013 20:44

Şəki şəhərinin 2701 illik yubleyi münasibəti ilə təşkil edilən bayram tədbirlərinə qatılan qonaqlardan biri də Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkundur.

ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, Şəkiyə səfəri şərçivəsində şəhər rəhbərliyi ilə görüşən səfir burada həyata keçirilən layihələr barədə ətraflı məlumatlandırılıb.

Bildirilib ki, sənaye şəhəri kimi təşəkkül tapan Şəkidə ipəkçilik yenidən dirçəldilir. Eyi zamanda Şəkinin aqrar sektorunda Türkiyəli sahibkarların sərmayə yatırması üçün əlverişli imkanlar mövcuddur. Gürüşdə həmçinin qədim və zəngin ənənələrə malik Şəkidə turizm potensialından, onun mətbəxindən bəhs olunub. Bildirilib ki, bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir məkandır. Zəngin tarixi mədəni irsin qorunub saxlanması nəticəsində Şəki Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib. Türkiyəli mütəxəssislərin bu sahədə layihələr həyata keçirməsi imkanları müzakirə olunub.

Jurnalistlərlə söhbətində səfir İsmayıl Alper Coşkun bildirib ki, hər şeydən əvvəl Şəki bir tarixi şəhərdir. Xüsusilə zəngin bir şəhərdir. Bura mənə Türkiyənin Bursa şəhərini xatırladır. Buradan Bursaya uzanan qədimi bağlılıqlar mövcuddur. Səfir Şəkiyə gəlişinin bir səbəbinin “Şəhər Günü” bayramında iştirak etmək olduğunu digər səbəbin isə terkiyəli sərmayədarları buraya cəlb etməkdir. İsmayıl Alper Coşkun rayon rəhbərliyi ilə müxtlif sahələr üzrə fikir mübadiləsi aprdıqlarını, tezliklə bir çox sahələr üzrə sərmayədarları cəlb edəcəklərini xüsusi vurğulayıb.

Daha sonra səfir Şəkinin tarix-mədəniyyət abidələrinə baş çəkib, şəhərlə tanış olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.