Bu il ərzində sahibkarlara 246,7 milyon manat güzəştli kredit verilib
11 oktyabr, 2013 20:39
Bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 3634 investisiya layihəsinin maliyyələşdirilməsinə 246,7 milyon manat güzəştli kredit verilib.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoruŞirzad Abdullayev məlumat verib.
“Bu kreditlər hesabına 10450-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur”.
O, bildirib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6750-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 305,7 milyon manat güzəştli kreditlər verilib.