Xəbərlər

Qaxda ağır yol qəzası: 10 nəfər xəsarət alıb
10 oktyabr, 2013 20:54

Qaxda minik və xırda tutumlu yük avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 2 nəfəri hərbi xidmətə çağırışçı olub.

ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, yol-nəqliyyat hadisəsi Qax-Qorağan yolunun 12-ci kilometrliyində Qaxın Turaclı kəndi ərazisində baş verib.

Belə ki, 21 yaşlı Qax rayon Zəyəm kənd sakini Bəxtiyar Məmmədli idarə etdiyi “Opel” markalı minik avtomobili ilə Qax istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən gələn, Şəki şəhər sakini 47 yaşlı Elçin Yusifovun idarə etdiyi “Ford” markalı xırda tutumlu yük avtomobilinin yoluna çıxıb.

Nəticədə avtomobillər toqquşub. Toqquşma nəticəsində “Ford”un sürücüsü və avtomobildə olan Şəki sakinləri 35 yaşlı Samir Rəsulov, 27 yaşlı Coşqun Məhsimov xəsarət alıblar.

Hadisə nəticəsində “Opel” markalı avtomobildə isə sürücü Bəxtiyar Məmmədli ilə yanaşı 6 nəfər Qax rayon Zəyəm kənd sakinləri, 15 yaşlı Xəzər Hacıyev, 17 yaşlı Qurban Qurbanlı, 18 yaşlı Elməddin Məmmədli, 17 yaşlı Samir Şükürzadə, 17 yaşlı Eltun Kazımlı, 18 yaşlı Elxan Hacıyev bədən xəsarətləri alıblar.

“Ford”un sürücüsü avtomobildə sıxışıb qaldığından, hadisə yerinə Şəkidən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Xilasedicilərin gəlməyini gözləməyən hadisə şahidləri köməkləşərək sürücünü avtomobildən çıxarıb və digər yaralılarla birlikdə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlər hadisədə zamanı müxtəlif dərəcəli yüngül xəsarət alan 7 nəfərə ambulator müalicə təyin edib. Daha 3 nəfərin vəziyyəti isə orta-ağır və ağır qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı xəsarət alan Elməddin Məmmədli hərbi çağırışa yola düşəcəkmiş. Elə hadisə də dostları ilə çağırışa yola salmağa gedərkən baş verib. Yaralılardan Elxan Hacıyev də 3-4 gün sonra hərbi xidmətə yollanacaqdı.

Faktla bağlı Qax Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma başlanılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.