Jerar Depardye evlənir
10 oktyabr, 2013 20:51
Jerar Depardyenin dekabrda Moskvanın nikah qeydiyyat idarələrindən birində evlənəcəyi ilə bağlı xəbər yayılıb.
ERtv-nin Dni.ru-ya istinadən verdiyi xəbərə görə, Rusiya vətəndaşı olan fransalı aktyor Jerar Depardye tərəfindən Moskva nikah qeydiyyat idarələrindən birinə ərizə göndərilib və idarə tərəfindən nikahın tarixi elan olunub.
Maraqlısı budur ki, aktyorun bu barədə xəbəri olmaya bilər. Belə ki, “ağ” hakerlər adlanan qrup tanınmış fransalı aktyorun adından onu dövlət xidmətləri portalında qeydiyyatdan keçiriblər. Bu saytın yoxlanılması üçün edilib. Bunun üçün onlar internetdə aktyorun öz Rusiya pasportunu nümayiş etdirdiyi şəkli tapıblar və bu sənədin əsl nömrəsini daxil ediblər.