Sentyabrda Ceyhan limanından 2,04 milyon ton neft dünya bazarlarına çıxarılıb
10 oktyabr, 2013 20:47
Sentyabr ayı ərzində 2 milyon 045 min 350 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
ERtv-nin SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 297 min 092 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 21 milyon 942 min 966 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 225 milyon 609 min 620 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.