Xəbərlər

AŞPA və Avroparlament: Seçki prosesi dinc və peşəkar həyata keçirilib
10 oktyabr, 2013 15:12

Biz ilk növbədə seçki kampaniyası və səsvermənin dinc keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik.

Azərbaycana dərs keçmək və demokratik inkişafın dərəcəsi ölçməyə yox, demokratiya prosesinin inkişafını izləmək üçün gəlmişik.

ERtv xəbər verirki, bu barədə Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Pino Aplaççi AŞPA nümayəndə heyəti ilə birgə razılaşdırılan bəyanatı səsləndirərkən deyib.

Bəyanatda deyilir ki, nümayəndə heyətləri Azərbaycan hökuməti tərəfindən dəvət olunub.

“Biz azad ədalətli seçki prosesini müşahidə etdik. Böyük sayda müşahidəçilərin prosesi izləməsi təqdirəlayiqdir. Seçki prosesi dinc və peşəkar həyata keçirilib. Azərbaycan hökumətinin tutarlı texniki hazırlığını yüksək qiymətləndiririk. Səsvermə günü seçicilərə hansısa təzyiqlər olmayıb”.

O bildirib ki, əvvəlki seçkilərlə müqayisədə daha açıq debatların keçirilməsini dəyərləndiririk. Bu seçkilərdə müxalifətə müəyyən imkan pəncərəsi açılmışdı və gələcəkdə bunu inkişaf etdirmək lazımdır. Bu bir başlanğıcdır. Hökuməti ölkəni demokratiya yolunda inkişafını davam etdirmə çağırırıq.

Yekun hesabatlar hər iki təşkilat tərəfindən gələcəkdə təqdim olunacaq. Avropa Parlamenti Azərbaycan Parlamenti ilə əlaqələri inkişaf etdirməkdə davam edəcək.

Azərbaycanda prezident seçkilərini müşahidə edən AŞPA-nın nümayəndə heyətinin rəhbəri Robert Uolter isə deyib ki, Azərbaycana AŞPA-nın 7 üzvündən ibarət nümayəndə heyəti ilə bir ay əvvəl gəliblər:

“30 millət vəkili ilə birgə müşahidə aparmışıq. AŞPA Azərbaycanda prosesləri sıx izləyir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.