Tom Henks şəkərdir
09 oktyabr, 2013 12:40
Məşhur Hollivud aktyoru Tom Henksdə II tip şəkər diabeti aşkarlanıb.
ERtv RBK-ya istinadən xəbər verir ki, bu barədə aktyor özü məlumat verib.
“Mən həkimə getdim və o, mənə dedi: “36 yaşından bəri qanınızda şəkərin yüksək səviyyədə olduğunu xatırlayırsınız? Təbrik edirəm, cavan oğlan, indi sizdə II tip diabet var”, - deyə Henks bildirib.
“Həkim mənə dedi ki, əgər mən arıqlaya bilsəm və məktəbdə yuxarı siniflərdə olduğum çəkiyə qayıda bilsəm, o zaman şəkər xəstəliyindən yaxa qurtara bilərəm. Lakin mənim üçün bu bir həll yolu deyil, məktəb illərində mən 50 kq idim, mən belə arıqlaya bilmərəm. Diabetlə yaşamalı olacağam”, - deyə aktyor bildirib.