Rumıniyanın iqtisadiyyatına zərbə vuran erməni nazir istefa verib
09 oktyabr, 2013 12:36
Rumıniyanın erməni əsilli iqtisadiyyat naziri vəzifəsindən kənarlaşdırılıb.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə məlumatı Rumıniyanın “Agerpres” agentliyi yayıb.
Məlumata əsasən, bu ölkənin Ali Məhkəməsi milli iqtisadiyyata vurduğu ziyana görə erməni əsilli iqtisadiyyat naziri Varujan Voskanyana qarşı cinayət təqibinin başlanması üçün Senata müraciət edib.
Oktyabrın 7-də isə Varujan Voskanyan vəzifəsindən istefa vermişdir. Keçmiş nazir Liberal Sosialist Birliyinin rəhbərliyi ilə məsləhətləşəndən sonra bu qərara gəlib.
Rumıniya prezidenti Trayan Besesku Varujan Voskanyanın bu qərarının düzgün addım olduğunu vurğulayıb.