Xəbərlər

Dövlət büdcəsində 1,6 milyard manat profisit yaranıb
09 oktyabr, 2013 12:23

2013-cü ilin 9 ayında dövlət büdcəsinin mədaxili 14 330,0 mln. manat, xərcləri 12 719,7 mln. manat olub, 1 610,3 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

ERtv-nin Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu müddətdə dövlət büdcəsinin mədaxili 13786,2 mln. manat proqnoza qarşı 14330,0 mln. manat və ya 3,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1808,9 mln. manat və ya 14,4 faiz çox olub.

Vergilər Nazirliyi tərəfindən cari ilin 9 ayında mədaxil proqnozuna 104,7 faiz əməl edilib, dövlət büdcəsinə 4929,9 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 223,1 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə 375,4 mln. manat və ya 8,2 faiz çoxdur.

Həmin vəsaitin 55,4 faizi və ya 2732,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 278,0 mln. manat və yaxud 11,3 faiz çoxdur.

2013-cü ilin 9 ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi proqnoza 100,2 faiz əməl edərək büdcəyə 1011,7 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz və yaxud 130,8 mln. manat çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 8339,9 mln. manat vəsait transfert edilib.

Sair daxilolmalardan nəzərdə tutulan 22,2 mln. manata qarşı büdcəyə 48,5 mln. manat və ya proqnoza nisbətən 2,2 dəfə çox vəsait daxil olub.

2013-cü ilin 9 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,0 faiz və ya 12719,7 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1645,5 mln. manat və ya 14,9 faiz çox icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 27,8 faizi və ya 3530,0 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən eyni dövrü ilə müqayisədə 4,8 faiz və ya 163,0 mln. manat çoxdur.

Cari ilin 9 ayında icmal büdcənin gəlirləri 16929,0 mln. manat icra olunub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 648,5 mln. manat və ya 4,0 faiz çoxdur.

İcmal büdcənin xərcləri isə 14399,4 mln. manat icra olunub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 1755,7 mln. manat və ya 13,9 faiz çox deməkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.