Xəbərlər

Qəbələ turistlərin ən çox ziyarət etdiyi məkandır
08 oktyabr, 2013 12:21

Son beş ildə Qəbələdə turizm obyektlərinin sayı 4 dəfə artaraq 18-ə çatıb.

Ümumiyyətlə isə hazırda rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir.

ERtv-nin bölgə müxbiri Rayon mədəniyyət və turizm şöbəsinə istinadən bildirir ki, bu ilin 9 ayında Qəbələni 35 min 640 turist ziyarət edib.

Məlum olub ki, turistlərdən 29 min 790-ı yerli, 5850-si xarici vətəndaşdır.

Qəbələnin bir sıra yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artması ilə nəticələnib.

Belə ki, bu il rayona gələn qonaqların 33 min 185-i müxtəlif turizm obyektlərində istirahət edib. Gələnlərdən 2210-u işgüzar səfərdə olub, 129-u isə sanatoriyada müalicə alıb.  

Şöbədən verilən məlumata əsasən, Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında hazırda rayonda 18 turizm və istirahət mərkəzləri fəaliyyət göstərir.

Burada ümumilikdə 2300-ə yaxın qonağa restoran və otel xidmətləri göstərilir. Eyni zamanda turistlərə meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərinin göstərilməsi üçün imkanlar yaradılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.