Xəbərlər

Yanez Lenarçiç: “Seçkilərlə bağlı ilkin rəy sabah açıqlanacaq”
09 oktyabr, 2013 12:20

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) müşahidəçiləri seçki prosesinin gedişini izləyir.

ERtv xəbər verir ki, bu barədə ATƏT DTİHB-in direktoru Yanez Lenarçiç jurnalistlərə deyib.

O bildirib ki, müşahidələr haqqında ilkin rəy sabah açıqlanacaq, iki ay sonra isə yekun rəy təqdim olunacaq.

Yanez Lenarçiç deyib:

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 300- dən çox qısamüddətli müşahidəçisi Azərbaycanda prezident seçkilərini izləyir. Bizi seçkiləri müşahidə etmək üçün Azərbaycan hökuməti dəvət edib və bu, bizim hökümət qarşısında olan öhdəliyimizlə bağlıdır.

Uzunmüddətli müşahidə missiyamız 6 həftədir Azərbaycandadır. Missiyanın tərkibində müxtəlif ekspertlər və 30-a yaxın mütəxəssislər var. Biz seçki kampaniyasının bütün mərhələlərini, o cümlədən  kampaniyanın mediada işıqlandırılmasını, MSK-nın və ümumən seçki administrasiyasının fəaliyyətini, namizədlərin apardığı kampaniyanı izləmişik.

Eyni zamanda səsvermənin gedişini və məntəqələr bağlandıqdan sonra səslərin sayılması prosesi də müşahidəçilər tərəfindən izlənəcək”.
 
Onun sözlərinə görə, müşahidəçilər seçki günündən sonra da bir neçə gün ölkədə qalacaq və seçkidən sonrakı baş verən hadisələri, şikayətlər və  müraciətləri izləyəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.