Xəbərlər

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
08 oktyabr, 2013 12:17

Azərbaycanda prezident seçkilərini müşahidə edəcək Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti oktyabrın 8-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən Oqtay Əsədov bu əlaqələrin dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını söyləmişdir.

Bildirilmişdir ki, ölkələrimiz arasında indiyədək imzalanmış 180-dən çox ikitərəfli sənəd əməkdaşlığımızın yüksək səviyyəsinin bariz nümunəsidir.

Milli Məclisin sədri Azərbaycanda seçkilərlə bağlı böyük təcrübənin qazanıldığını söyləmişdir. O.Əsədov 9 oktyabr prezident seçkilərinin də azad, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin yaradıldığını vurğulamış, seçki məntəqələrinin hamısının beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunduğunu diqqətə çatdırmışdır.

Azərbaycanda prezident seçkilərini Türkiyə Böyük Millət Məclisinin 35 deputatının izləyəcəyini deyən nümayəndə heyətinin üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Necdet Ünüvar ölkəmizdə seçkilərin demokratik standartlara uyğun keçiriləcəyinə əmin olduğunu vurğulamışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.