Mahir Şükürov: “Rusiyanı dayandırmaq niyyətindəyik”
08 oktyabr, 2013 13:00
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Dünya Çempionatının seçmə oyunları çərçivəsində baş tutacaq Şimali İrlandiya (11 oktyabr) və Rusiyaya (15 oktyabr) qarşı baş tutacaq matçlar barədə şərh verib.
ERtv-nin verdiyi xəbərə görə, Mahir Şükürov bildirib ki, komanda 2 il qabaq Rusiya ilə təsadüfi heç-heçə oynamadığını sübut etmək niyyətindədir.
“Qabaqda bizi 2 ağır oyun gözləyir. Şimali İrlandiya zəif rəqib deyil. Ancaq onlara qalib gələ bilərik. Rusiyaya gəldikdə isə, biz sübut etmək istəyirik ki, 2 il qabaq Rusiya ilə təsadüfi olaraq, heç-heçə etməmişik. Rusiyanı dayandırmaq niyyətindəyik”, - deyə futbolçu bildirib.