Karzainin qardaşı Əfqanıstan prezidenti olmaq istəyir
07 oktyabr, 2013 22:56
Əfqanıstanın hazırkı prezidenti Həmid Karzainin böyük qardaşı Əbdül Kayum Karzai dövlət başçısı vəzifəsinə öz namizədliyini irəli sürüb.
ERtv-nin Gazeta.ru-ya istinadən verdiyi xəbər görə, dünən namizədlərin qeydiyyatı artıq başa çatıb.
Prezidentliyə namizədliyini, eləcə də, keçmiş maliyyə naziri Əşrəf Qəni və keçmiş xarici işlər naziri Zalmay Rəşid də irəli sürüb. Həmid Karzai isə artıq 2 dəfə prezident olduğundan seçkilərdə iştirak edə bilmir. Əfqanıstanda prezident seçkiləri 2014-cü aprelində baş tutacaq.