Səudiyyə Ərəbistanında qadınların vəkil işləməsinə icazə verildi
06 oktyabr, 2013 21:23
Səudiyyə Ərəbistanının tarixində ilk dəfə olaraq qadınların vəkil işləməsinə icazə verilib.
ERtv xəbər verir ki, artıq bir qadın internetdə vəkillik lisenziyasının şəklini yerləşdirib.
İndiyədək ölkədə qadınlar ancaq hüquq məsləhətçisi kim işləyə bilərdilər. Onlar öz müştərilərini məhkəmədə müdafiə etmək hüququna malik deyildilər.