Xəbərlər

Pakistan parlamentinin müşahidəçi missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək
06 oktyabr, 2013 21:17

Pakistan parlamentinin müşahidəçi missiyası oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün oktyabrın 7-də Bakıya gələcək.

ERtv APA-ya istinadən xəbər verir ki, Pakistan Senatının xarici işlər, Kəşmir və Qilqit-Baltistan əyalətləri üzrə daimi komitəsinin iclasında çıxış edən senator Hacı Məhəmməd Adil bildirib ki, 6 müxtəlif siyasi partiyanın təmsilçiləri oktyabrın 11-ə kimi Azərbaycanda olacaq.

Bildirilib ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçkilərdə müşahidə aparmaq üçün Pakistan parlamentindən 15 nəfərlik nümayəndə heyətini dəvət edib. Komitənin üzvləri bu dəvətini yüksək qiymətləndiriblər.

Komitə eyni zamanda senatorlar Cahangir Badar və Müşahid Hüseyn Səid tərəfindən təqdim olunan qətnamə də qəbul ediblər. Yekdilliklə qəbul olunan qətnamədə müxtəlif beynəlxalq forumlarda Azərbaycanın Pakistana Kəşmir məsələsində dəstək verməsi alqışlanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.