Xəbərlər

Zahid Oruc : “Milli Şuranın namizədi ədalət mücəssiməsi deyil”
06 oktyabr, 2013 21:15

Bu gün prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası çərcivəsində Zahid Oruc seçicilərlə görüş-mitinq keçirib.

İnsan öz şəxsi məsələləri ilə bağlı seçimində səhv edə bilər, amma cəmiyyətin, dövlətin gələcəyi ilə bağlı seçimində səhv edə bilməz.

ERtv  xəbər verir ki, bunu oktyabrın 6-da prezidentliyə namizəd Zahid Oruc seçicilərlə keçirdiyi mitinq-görüşündə çıxışı zamanı dilə gətirib.

Onu da qeyd edək ki, sözügedən aksiyada ilk öncə mitinqin aparıcısı, Bərdə rayon sakini Nizami Quliyev çıxış edərək bildirib ki, parlament seçkilərində Z. Orucun vəkili olub və bununla da qürur hissi keçirir.

O, Z.Orucun bir millət vəkili ötən dövr ərzindəki  xidmətlərindən danışaraq, seçiciləri 9 oktyabr seçkilərində ona səs verməyə çağırıb.

Şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı isə çıxışında Azərbaycanda 1993-cü ilin yayından, xüsusilə, məlum atəşkəsdən sonra  sülhün, əmin-amanlığın, sabitliyin yaranmasında, təmin olunmasında mərhum dövlət başçısı Heydər  Əliyevin əvəzsiz xidmətləri və bu xidmətlətinə görə, hər bir azərbaycanlı kimi ona borclu, minnətdar olduğunu söyləyib.

O, eyni zamanda, H.Əliyev kursunun layiqli davamçısı indiki ölkə Prezidenti İlham Əliyevin son on illik prezidentliyi dövründə Azərbaycan dövləti və xalqı naminə görülən işlərə görə, dövlət başçısına  Azərbaycan xalqı və seçiciləri adından dərin təşəkkür etdiyini bildirib.

“Müdriklərin belə bir kəlamı var ki, ümid ən sonda ölür. Qardaşı Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş bir şəhid bacısı kimi inanıram ki, ümidimiz ölməyəcək, Qarabağımız tezliklə işğaldan azad ediləcək və bütün şəhidlərimizin ruhu sevinəcək”- deyən Milli Qəhrəman bacısı çıxışında həmçinin, Z.Orucun da namizədliyini irəli sürməsinə haqqı çatdığını və bu səbəbdən məlum seçki yarışmasında ona uğur arzuladığını  qeyd edib.

“İnsan həyatda hər  zaman seçim qarşısındadır. Kimisinin mənzillə, kimisinin işlə, kimisinin karyera ilə, kimisinin təhsillə bağlı seçimi var və o, seçimində yanıla, səhv edə bilər”- deyə, mitinqdə çıxışına başlayan Z.Oruc öz növbəsində bildirib ki, ancaq hər bir kəs dövlətinin və millətinin gələcəyi ilə bağlı seçimində səhv edə bilməz:

“ 9 oktyabr tarixində də  gələcək yolumuz, inkişafımızla bağlı seçim qarşısındayıq. Sizlərin - seçicilərin seçimi, səsi də  bu dövlətin, bu millətin gələcəyidir və odur ki, seçiminizdə səhv etməyin”.

Prezidentliyə namizədlərin debatlarına toxunan Z.Oruc həmin debatların gedişatından heç cür razı qalmağını deyib:

“Mən hələ birinci teledebatda çıxışım zamanı dedim, könül, ürək istər ki, bu debatlar qladiator meydanına, siyasi savaş meydanına çeverilməsin, fikir, sivil siyasi mübarizə, ideyaların toqquşmaası meydanına çevrilsin. Ancaq çox təəssüflər olsun ki, elə ilk gündən hər şey əksinə baş verdi və özünüz də bunun şahidi olmaqdasınız.

Teledebatlardan sonra bəzən mənə deyirlər, Zahid Oruc siz ki, parlamentdə çıxışlarınızda tez-tez insanları narahat edən məsələlərdən, sosial problemlərdən danışırsınız, nədən bəs, bu debatlarda bu məsələlərdən danışmırsınız, ideyalarınızı səsləndirmirsiniz? Məmin onlara bir cavabım olub və var: 20-ci əsrin sonlarında qazandığımız müstəqilliyimizə, çətinliklər hesabına qurulan dövlətimizə, bu dövləti quranlara qarşı böhtanlar, çamurlar atılırsa, o zaman mən ekologiyadan, təhsildən, səhiyyədən danışıb xal toplaya bilmərəm. Mənim buna mənəvim haqqım yoxdur.

Çünki ötən əsrin əvvəllərində qazandığımız müstəqilliyin, ilk müstəqil dövlətimizin ömrü cəmi 23 ay çəkdi və indi biz imkan verə bilmərik ki, əsrin sonlarında əldə etdiyimiz müstəqilliyimiz, müstəqil dövlətimiz yenidən təhlükələr qarşısında qalsın. Məhəmməd Əmin Rəsulzadə də müstəqil dövlət istəyirdi, amma buna gücü çatmadı, Əbülfəz Elçibəy də istəyirdi ki, müstəqil dövlətimiz olsun, amma buna gücü çatmadı, amma Heydər Əliyev gəldi və bugünkü müstəqil Azərbaycan dövlətin qurdu. Bu dövlət onun adı ilə bağlıdır və bunu da indi heç kim dana, inkar edə bilməz.

Şəxsən mən özüm də belə bir qənaətdəyəm ki, həmin debatlarda məhz müstəqil Azərbaycan dövlətinin  və dövlətçiliyinin yanında oldum. Düzdür, bu dövrdə ünvanıma çoxlu tənqidlər də, böhtanlar da qazandım, bunlara axıradək də dözdüm, amma dövlətimizin sabahı, gələcəyi ilə bağlı belə demək mümkünsə, döyüşdüm və bundan da çox razıyam. Bəlkə də çoxlarınız bir ildən sonra bunları - debatlarda olanları   unudacaq, ancaq arxaya dönüb baxanda görəcəksiniz ki, yenə müstəqil dövlətimiz var və o, inamla gələcəyə doğru irəliləyir”.
Z. Oruc çıxışında xatırladıb ki, hələ 10 il öncə H.Əliyev dönəmindən sonrakı Azərbaycanla, onun gələcəyi ilə bağlı insanlarda ciddi əndişələr, suallar vardı:

“Çoxları sual edirdi ki, görəsən, Azərbaycan da Fələstinin aqibətini yaşamaycaq ki? Şükürlər olsun ki, son on ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun və dünyanın lider dövlətlərindən birinə çevrildi, Azərbaycan Fələstinin taleyini, aqibətini yaşamadı”.
Sonra çıxışında təhsil, səhiyyə işçilərinin, mülkiyyət toxunulmazlığı hüququ tandanan insanların problemlərindən söz açan prezidentliyə namizəd bildirib ki, məhz son on il ərzində Azərbaycanda 3 mindən artıq məktəb binası tikilib-bərpa olunub istifadəyə verilib ki,  keçmiş 70 illik sovet dönəmində bunlar olmayıb:

“Hazırda 800-dən bir az çox məktəb binasının təmirinə, yenidən qurulmasına ehtiyac var ki, qarşıdakı dönəmdə də bu istiqamətdə işlər görülüb başa çatdırılacaq. Bu gün Azərbaycanda  1 milyon 200 min şagird, 800 min isə müəllim var. Dünyada hər 20 nəfərə bir müəllim düşdüyü halda, Azərbaycanda hər 8 şagirdə bir nəfər müəllim düşür. İndi neyləyək, onları testdən, attestasiyadan keçirib, güclü və zəif müəllimlərəmi bölək, zəifləri işdən çıxarıb, taleyin ağuşunamı ataq?

Hesab edirəm ki,  müəllimə, ümumiyyətlə, kiməsə çoxlu pul verməklə onu xoşbəxt etmək olmaz. Müəllimlərin maaşlarını 5 - 10dəfə artırmağa söz verənlərin də vədlərinə inanmayın, hamısı yalandır. Müəllimlərin problemlərinin həlli kimi çıxış yolunu onlara dövlət qulluqçusu statusunun verilməsində görürük və seçiləcəyim təqdirdə ilk addımlarımzdan biri bu olacaq. Azərbaycan tez-tez səhiyyə işçilərinin problemlərindən danışırlar. Bəli, problemlər var və heç kim də onları inkar etmir. Ancaq faktdır ki, Azərbaycanda 60 mindən artıq tibb bacısı var  və  bu da özlüyündə  həddindən artıq çoxdur.
Onları da testdən, attestasiyadan keçirib, çoxunu işdən azad edək? Hesab edirəm ki, bu, düzgün olmaz,  bu istiqamətdə də dəqiq, düşünülmüş addımlar atılmalıdır və atılacaq. Tez-tez mülkiyyət toxunulmazlığı hüququnun pozulmasından, kimlərinsə qanunsuz şəkildə evlərinin sökülməsindən danışılır. Bəli, mən də hesab edirəm ki, insanların mülkiyyət toxunulmazlığı hüququnun pozulması, evlərinin heç bir əsas olmadan  sökülməsi qanunsuzluqdur, cinayətdir, bunun qarşısının alınması istiqamətinə addımlar atılmalıdır və necə ki, atılır. Ancaq indiki hakimiyyət, Azərbaycan dövləti ev tikən, Qarabağ acılarını öz içində daşıyan, quran-tikən dövlətdir”.

Prezidentliyə namizəd eyni zamanda bildirib ki, Azərbaycanda gənc alimlərin sayının çoxluğuna ehtiyac var:
“Bu istiqamətdə, Azərbaycan təhsilinin inkişafı istiqamətində görülən işlər göz önündədir. Amma bizim bu məsələdə yeganə səhvimiz o oldu ki, ali məktəblərin magistr pilləsinə daxil olan gənclərimizə - oğlanlarımıza  möhlət hüququnun verilməsini tanımadıq və bu baxımdan, indi magistrlərimizin 83 faizini qızlar təşkil edir.

Odur ki, Azərbaycanda gənc alimlərin sayının artırılması, Azərbaycan elminin inkişafı istiqamətində addımlardan biri kimi  magistrant oğlanlara əsgərlikdən möhlət hüququnun tanınması məsələsi nəzərdə tuturuq və seçiləcəyim təqdirdə magistrant oğlanlara möhlət hüququ tanınacaq”.

Çıxışında həmçinin müxalifətin, xüsusilə, Milli Şuranın və onun prezidentliyə namizədinin fəaliyyətinə toxunan Z. Oruc deyib ki, onlar heç bir halda ədalət mücəssiməsi sayıla bilməz:

“Milli Şuarnın prezidentliyə namizədi olan şəxs on il parlamentdə bizimlə bir yerdə addımlayıb, millət vəkili olub, Fəxri Xiyabanda ulu öndərin məzarı qarşısında baş əyib və düz də edib. Bu, həmin şəxsdir ki, o zaman  bizə deyirdi ki, 2002-ci ilə Heydər Əliyev ona zəng edərək yazdığı kitaba görə təşəkkürünü bildirib. Bu, həmin şəxsdir ki, Heydər Əliyev haqda ayrıca kitab yazmaq istəyirdi. Bu, həmin şəxsdir ki, 2004-cü ildə dövlət tərəfindən ona evi ola-ola yeni mənzil verilib. Ancaq 2010-cu ildə yenidən deputat seçilmədi və bir anın işində tamam dəyişdi.

Ona görə bu şəxs  insanların maraqlarının müdafiəçisi sayıla bilməz. O, hec də ədalət mücəssiməsi deyil və sayıla bilməz. O, sadəcə,  itirdiyi kreslonun narahatlığını, qayğılarını yaşayır. Necə ki, Rüstəm İbrahimbəyov Bayıldakı mülklərinin narahatlığını yaşayır. Yəni, demək istəyirəm ki, onları xalqın maraqları qətiyyən, narahat etmir və maraqlandırmır...”

16:00

ERtv xəbər verir ki, tədbir "İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda təşkil edilib.

Qeyd edək ki, Zahid Orucun sədr müavini olduğu Ana Vətən partiyasının üzvlərinin razılığı olmadan namizədliyini irəli sürməsi adıçəkilən partiyada rəhbərliyi tərəfindən bir mənalı qarşılanmamışdı.

Partiya rəhbərliyində aparılan müzakirələrdən sonra Zahid Orucun "Ana Vətən" partiyasının sıralarından uzaqlaşdırılması qərara alınmışdı.

Xatırladaq ki, Azərbaycan Mərkəzi seçki komissiyası 10 nəfərin prezidentliyə namizədliyini təsdiq edib:

Hazırkı dövlət başçısı İlham Əliyev, İqbal Ağazadə ("Ümid" partiyası), Zahid Oruc, Qüdrət Həsənquliyev (BAXCP), Araz Əlizadə (Azərbaycan Sosial Demokrat Partiyası), Fərəc Quliyev, Hafiz Hacıyev ("Müasir Müsavat" Partiyası), Cəmil Həsənli (Milli Şura), İlyas İsmayılov ("Ədalət" Partiyası), Sərdar Cəlaloğlu (Azərbaycan Demokratik Partiyası).

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.