Xəbərlər

Millət vəkili vətəndaşları Prezident seçkilərində layiqli namizədə səs vermək üçün çağırıb
03 oktyabr, 2013 12:56

ERtv xəbər verir ki, 105 saylı Tovuz rayon seçki dairəsindən millət vəkili seçilmiş Qənirə Paşayevaseçildiyi ərazidə yerləşən kəndlərdə növbəti silsilə görüşlər keçirib.

Bu dəfə millət vəkili Qənirə Paşayevanın Tovuz rayonunun Qədirli və Cilovdarlı kəndləri də daxil olmaqla, bir sıra kəndlərin də seçiciləri ilə geniş görüşü olub.

Görüşdə millət vəkili Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən, “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”nın həyata keçirilməsindən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Azərbaycanın xarici siyasət uğurları ilə bərabər daxili siyasətdə də əldə etdiyi uğurlara toxunan Q.Paşayeva son illərdə ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasıdan danışıb və əldə olunan bütün bu nailiyyətlərin Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətinin uğurlu nəticəsi olduğunu vurğulayıb.

İ.Əliyevin hər zaman Tovuz rayonuna böyük diqqət və qayğı ilə yanaşdığını, dəfələrlə Tovuza səfərlər etdiyini, sadə insanlarla görüşdüyünü, rayon  sakinlərini  narahat edən məsələ və problemlərlə yerində maraqlandığını, rayon sakinlərinin və onları təmsil edən millət vəkillərinin rayonla bağlı xahiş və təkliflərinin hər zaman nəzərə aldındığını deyən millət vəkili, cəmi bir neçə il içərisində bir çox məsələlərin həll olunduğunu deyib.

Qənirə Paşayeva ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən 9 oktyabr -  Prezident seçkiləri barədə ətraflı çıxış edərək Azərbaycan xalqının layiq olduğu firavan və xoşbəxt gələcək naminə seçiciləri Prezident seçkilərində aktiv iştiraka və ölkə prezidenti olmağa layiq olan namizəd üçün doğru seçim etməyə çağırıb.

Millət vəkili tək-tək vətəndaşlarla da görüşərək, onları narahat edən problemlərlə bağlı  qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.