Rusiyanın prezidenti Vladimir Putin ilə ABŞ-ın prezidenti Barak Obama oktyabrın 7-də Bali adasında keçiriləcək Asiya və Sakit Okean ölkələrinin iqtisadi forumunda görüşərək Suriyada baş verən vətəndaş müharibəsinin qarşısının alınması məsələsini müzakirə edəcəklər.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə məlumatı BBC kanalı yayıb.
Məlumata əsasən, Rusiya prezidentinin müşaviri Yura Uşakov bildirib ki, hər iki ölkənin mövqeyində oxşar məqamlar var və bundan istifadə edib ortaq məxrəcə gəlmək olar.
Siyasi müşahidəçilər bildiriblər ki, Suriyanın malik olduğu kimyəvi silahların beynəlxalq təşkilatların nəzarətinə verilməsi haqqında Vaşinqton ilə Moskvanın razılıq əldə etmələri qətillərin qarşısını ala bilməyib. Suriyada döyüşlər davam edir və Bəşər Əsəd silahlı müxalifətə qarşı əvvəlkindən daha şiddətli hücumlar təşkil edir.
Qaçqınların sayı isə artmaqda davam edir. Suriya humanitar fəlakətlə üz-üzədir.