Doqquz ayda “Azneft” 4,743 milyard kubmetr qaz istehsal edib
05 oktyabr, 2013 12:38
Bu ilin yanvar-sentyabr ayları ərzində “Azneft” İstehsalat Birliyi 4 mlrd. 743 mln. 026 min m3 qaz hasil edib.
ERtv birliyə istinadən xəbər verir ki, bu dövrdə qaz hasilatı planı 2,4% artıq yerinə yetirilib.
Bu da 109 mln. 626 min. m3 plandan artıqdır. Hesabat dövründə qaz təhvili planı 100,8% yerinə yetirilib.
Doqquz ayda 4 mlrd. 162 mln. 500 min. m3 qarşı 4 mlrd. 197 mln. 794 min. m3 qaz təhvil verilib.
Bu da 35 mln. 294 min. m3 plandan artıqdır.