Xəbərlər

İsveçdə və Kanada da yaşayan azərbaycanlılar seçkilərlə bağlı bəyanat yayıb
03 oktyabr, 2013 12:24

İsveçdəki Azərbaycan diasporu adından bəyanatla çıxış edən İsveç Azərbaycanlıları Konqresi 2013-cü il okytabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək nümayiş etdirib.

ERtv xəbər verir ki,  İlham Əliyevin Azərbaycanın inkişafı naminə yürütdüyü daxili və xarici siyasəti, eləcə də ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edən və dəstəkləyən bəyanat Avropa və dünya azərbaycanlılarına ünvanlanıb.

“Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Qərbə tamamilə açıqdır və Avropanın enerji təhlükəsizliyində mürəkkəb geosiyasi mühitdə aparıcı rol oynayır. Bu uğurları bizlər -  Avropada yaşayan azərbaycanlılar daha aydın görür və anlayırıq”, bəyanatda deyilir.

Müraciətin sonunda İsveç Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarını İlham Əliyevə dəstək göstərməyə çağırıb: “Biz, oktyabrın 9-da - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə hər kəsi yenidən yanılmadan doğru seçim etməyə çağırır, bizi hər zaman diqqət və qayğı ilə əhatə edən prezident İlham Əliyevin yanında olduğumuzu bildirmək istəyirik”.

İsveç Azərbaycanlıları Konqresi 2010-cu ildə Stokholmda təsis olunub. Konqres bu ölkədəki Azərbaycan diaspor təşkilatlarını birləşdirərək onların fəaliyyətini koordinasiya edir, Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini ölkə ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir.

Kanada azərbaycanlıları da prezident seçkilərində İlham Əliyevə dəstək nümayiş etdirib.  Kanada Azərbaycan Tədqiqatları İnstitutu prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatında Azərbaycanın və xalqımızın son 10 ildə keçdiyi  inkişaf yolu göstərilir. Azərbaycanın dünyanın enerji bazarında önəmli təşəbbüskar kimi nüfuz qazanması, sivilizasiyalararası dialoq məkanı kimi tanınması beynəlxalq aləmdə olan nüfuzunun göstəricisi kimi qiymətləndirilir.

Kanada azərbaycanlıları hesab edir ki, Azərbaycanın qlobal enerji və nəqliyyat–kommunikasiya layihələrinin uğurla gerçəkləşməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun artması ölkə rəhbərliyinin uğurlu fəaliyyətini nümayiş etdirir: “Demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi–siyasi mühitin yaranması, habelə ölkədə güclü insan kapitalının formalaşmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya–kommunikasiya texnologiyalarının geniş tətbiqi və digər məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir”.

Kanada Azərbaycan Tədqiqatları İnstitutu İlham Əliyevin uğurlu fəaliyyətini nəzərə alıb bütün azərbaycanlıları məhz onun namizədliyini dəstəkləməyə çağırır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.