Xəbərlər

İlham Əliyev: Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları bizim üçün çox böyük etimaddır
05 oktyabr, 2013 14:42

Bu dəfə İslam Həmrəyliyi Oyunlarında da biz öz gücümüzü bir daha nümayiş etdirdik.

Bir daha göstərdik ki, Azərbaycan idman dövlətidir, idmanın böyük uğurları vardır və əminəm ki, böyük gələcəyi olacaq.
ERtv xəbər verir ki, bunu Azərbaycan Prezidentiİlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, bu oyunlarda Azərbaycan həm Olimpiya, həm qeyri-Olimpiya növləri ilə təmsil edilmişdir.

“Hesab edirəm ki, bu da İslam Həmrəyliyi Oyunlarını fərqləndirən müsbət cəhətdir. Bildiyiniz kimi, Azərbaycanda Olimpiya və qeyri-Olimpiya növləri arasında heç vaxt ayrı-seçkilik, yaxud da ki, fərq qoyulmamışdır.

İdmanın bütün növləri bizim üçün eyni dərəcədə vacibdir və çalışırıq ki, Azərbaycanda qeyri-Olimpiya növlərində təmsil olunan idmançılar dövlət tərəfindən qayğı ilə əhatə olunsun. Bildiyiniz kimi, ilk dəfə keçiriləcək Avropa Oyunlarında da bizim təşəbbüsümüzlə qeyri-Olimpiya növləri olacaq”.

Prezident bildirib ki, beynəlxalq İslam aləmində də bu bölgü aparılmamalıdır.

“Çünki idmançılar bərabər hüquqlara malikdirlər. Hər halda Azərbaycanda biz bütün idmançılara eyni şəraiti yaratmağa çalışırıq və bundan sonra da çalışacağıq.

Bu qələbənin təməlində düşünülmüş dövlət siyasəti və eyni zamanda, təlim-məşq prosesinin düzgün şəkildə təşkil edilməsi dayanır.

İdmançıların fəaliyyəti üçün yaradılmış şərait gündən-günə yaxşılaşır. Azərbaycanda hazırda 40 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bu da bölgələrdə istedadlı gənclərin seçilməsində müsbət rolunu oynayır. Beləliklə, biz idmanın kütləviliyini təmin edirik”.
 
İlham Əliyev bəyan edib ki, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları bizim üçün çox böyük etimaddır və böyük məsuliyyətdir.

“Azərbaycan müsəlman ölkəsidir, eyni zamanda, Avropanın idman aləmində təmsil olunur. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi, hesab edirəm ki, ölkəmizin böyük uğurudur, Avropa idman ailəsinin bizə olan böyük etimadının nəticəsidir.

Biz hazırlıq işlərini ən yüksək səviyyədə aparırıq. Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, biz bu oyunları Olimpiya Oyunları səviyyəsində keçirəcəyik və birinci Avropa Oyunları tarixdə çox uğurlu oyunlar kimi qalacaq”.

 Prezident bəyan edib ki,  Azərbaycan tarixində Azərbaycan idmanı heç vaxt indiki qədər güclü olmamışdır.

“Əvvəlki dövrlərdə, - indi orta nəslin nümayəndələri - məşqçilər, idman mütəxəssisləri bunu yaxşı xatırlayır, - Sovet İttifaqı dövründə Azərbaycanda əlbəttə ki, idman inkişaf edirdi, ancaq bizim uğurlarımız o qədər də böyük deyildi.

Sovet yığma komandasına düşmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, müstəqillik dövründə biz dünya miqyasında Yay Olimpiya Oyunlarında 30-cu yerdəyik. Dünyada 200-dən yuxarı ölkə vardır. Keçən Olimpiya Oyunlarında təqribən 200-ə yaxın ölkə təmsil olunmuşdu. Bu ölkələr arasında 30-cu yerə nail olmaq tarixi qələbədir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.