Xəbərlər

Azərbaycan-Polşa əlaqələrinin 540 illiyinə həsr olunmuş markanın təqdimatı olub
05 oktyabr, 2013 13:02

Torun şəhərində Polşa Filatelistlər Birliyinin təşkilatçılığı ilə “Azərpoçt” tərəfindən hazırlanmış və Azərbaycan-Polşa əlaqələrinin 540 illiyinə həsr olunmuş markanın təqdimatı olub.

ERtv-yə ölkəmizin Polşadakı səfirliyindən bildiriblər ki, təqdimatda Polşa Filatelistlər Birliyinin üzvləri, voyevodluq və şəhər rəhbərliyi iştirak ediblər.

Tədbiri Polşa Filatelistlər Birliyi İdarə Heyətinin sədri Henrık Monkos açaraq iştirakçılara Azərbaycan haqqında danışıb və onları ölkəmiz barədə qısa filmə baxmağa dəvət edib.

Sonra Səfir Həsən Həsənov çıxış edərək Azərbaycan Polşa əlaqələrinin tarixindən danışıb və iştirakçılara ölkəmiz haqqında ətraflı məlumat verib.

H.Həsənov üzərində Azərbaycan şahı Uzun Həsənin və Polşa kralı Kazimiej IV şəkli olan markanın səfirliyin təşəbbüsü ilə hazırlanmasını tarixi hadisə kimi dəyərləndirib.

Səfir Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə iki ölkə arasında diplomatik əlaqələrinin yaranmasının 540 və bərpasının 20 illiyinə həsr olunmuş medal və sertifikatla Kuyavsko-Pomorsko voyevodluğunun marşalı Piotr Calbeçkini, Torun şəhərinin rəhbəri Mixal Zaleskini, Avropa Filatelistlər Birliyinin prezidenti Jorgen Jorgenseni, Polşa Filatelistlər Birliyinin İdarə Heyətinin sədri Henrık Monkosu və digərlərini təltif edib.

Polşa Filatelistlər Birliyi tərəfindən keçirilən tədbirdə H.Həsənova Filatelistikaya verdiyi töhfəyə görə diplom təqdim edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.