Birmada buddistlər dini münaqişə zəmində 94 yaşlı müsəlman qadını qətlə yetirərək 70-dən artıq evə od vurublar.
ERtv “Gazeta.Ru”ya istinadən xəbər verir ki, iğtişaşlarda 700-dən çox silahlı qiyamçı iştirak edib.
“The Telegraph” yazır ki, yaşlı qadın aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.
Prezident Teyn Seynin səfərinə baxmayaraq zorakılıq hələ də davam edir. Tandvenin ətrafında yerləşən bəzi kəndlərdə gərginlik artmaqdadır, bu səbəbdən insidentlərin sayı çoxala bilər.
Seka toqquşmaları 2012-ci ilin iyununda Rakhaynda başlayıb və o zamandan müsəlmanlara qarşı kampaniyaya çevrilib. Və bu hal tədricən ölkənin bütün kənd və şəhərlərində yayılıb. İl ərzində müsəlmanlara hücum nəticəsində 240-dan çox adam öldürülüb, 140 min insan öz evini tərk etmək məcburiyyətində qalıb.