Xəbərlər

Doqquz ayda Ceyhan limanından 14,894 milyon ton xam neft ixrac olunub
02 oktyabr, 2013 15:55

Yanvar-sentyabr ayları ərzində Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Ceyhan limanından 14 milyon 894 min 468 ton xam neft ixrac edib.

ERtv-nin SOCAR-a istinadən verdiyi xəbərə görə, bu limandan doqquz ayda ixrac olunan xam neftin 1 milyon 415 min 309 tonu sentyabr ayının payına düşüb.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarlarına ixrac edilir.

Uzunluğu 1773 kilometr olan Bakı-Tbilisi-Ceyhan boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin ötürmə qabiliyyəti gündə 1,2 milyon barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.