Ötən ay dünya bazarında Ceyhan tipli xam neftin qiyməti qalxıb
02 oktyabr, 2013 15:55
Sentyabr ayında dünya bazarında BTC FOB Ceyhan tipli xam neftin qiyməti avqust ayındakı qiymətdən 1,32 dollar bahalaşıb.
ERtv-nin Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, həmin tipli xam neftin 1 barrelinin qiyməti sentyabrda 114,86 dollar təşkil edib.
Ötən ay dünya bazarında “Brent” tipli xam neftin və “Urals” neftinin qiymətində cüzi artım müşahidə olunub.
Hesabat ayında “Brent” tipli xam neftin 1 bareli 111,89 dollara, “Urals” nefti 110,92 dollara satılıb.
Qeyd edək ki, avqust ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 111,25 dollar, “Urals” nefti -110,74 dollar, BTC FOB Ceyhan tipli xam neft isə 113,54 dollar təşkil edib.