Asim Mollazadə Brüsseldə avroparlamentarilərlə görüşəcək
02 oktyabr, 2013 15:54
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Brüsselə səfərə gedib.
ERtv xəbər verir ki, səfər zamanı millət vəkili Avropa Parlamentində Azərbaycanla bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək və bir sıra önəmli görüşlər keçirəcək.
Millət vəkili, həmçinin, Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlıq məsələləri, qarşıda duran vəzifələr barədə ətraflı müzakirələr aparılacaq.