Xəbərlər

Ukraynanın məşhur beyin mərkəzi seçkilərdə İlham Əliyevin qalib gələcəyini proqnozlaşdırır
02 oktyabr, 2013 15:52

Ukraynanın məşhur Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırmaları Mərkəzinin internet səhifəsində Azərbaycanda milli dövlətçiliyin qurulması və seçkiqabağı vəziyyətdən bəhs edən “Azərbaycan: sistemli modernizasiya və siyasi seçim” və Cənub Qafqaz dövlətlərindəki iqtisadi-siyasi vəziyyətdən bəhs edən “Demokratik tranzit: Cənubi Qafqaz dövlətlərinin inkişaf modelləri” adlı hesabatlar yayımlanıb.

ERtv-nin məlumatına görə, “Azərbaycan: sistemli modernizasiya və siyasi seçim” adlı hesabatda qeyd edilir ki, Azərbaycan prezident seçkiləri dövrünə qədəm qoyur.

2003-cü və 2008-ci illər prezident seçkilərindən fərqli olaraq, bu seçkilər ölkənin transformasiyasının gündəliyini müəyyən edir. Azərbaycanda demokratik inkişafın yeni mərhələsi başlayır və siyasi sistemin təkamülü ölkənin qarşısında duran çağırışlara adekvat cavabdır.

Müəlliflərin fikrincə, ölkədəki iqtisadi və siyasi modernizasiya təcrübəsinin unikallığı ondan ibarətdir ki, qonşularından fərqli olaraq Azərbaycan qısa müddət ərzində regional liderə çevrilməsinə imkan verən dayanıqlı inkişaf modeli yarada bilmişdir.

Hesabatda deyilir ki, Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanda siyasi-hüquqi inkişaf modelinin formalaşması 1990-cı illərin ortaları – 2000-ci illərin əvvəlindən başlayaraq hər hansı bir siyasi böhran və vətəndaş qarşıdurmasından uzaq, təkamül yolu ilə baş vermişdir.

Müəlliflər həmçinin Azərbaycandakı seçkiqabağı vəziyyət barədə ətraflı məlumat verirlər.

Xüsusi olaraq qeyd edilir ki, ölkədə formalaşmış siyasi sistem demokratiyaya keçidin indiki mərhələsində həm mövcud ənənələri, həm də təkamül potensialını özündə birləşdirir.

Mövzu ilə bağlı geniş materiala Yurd TV-nin aşağıdakı süjetində baxa bilərsiniz:

http://yurd.tv/yurdxeber/20131001073644828.html

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.