Azərbaycanlı boksçu Xarkovda rəqibini noqdauna saldı.
ERtv xəbər verir ki, Ukraynanın Xarkov şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin keçirdiyi boks çempionatının ikinci turu baş tutub.
Almaniyanın Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyəti və “Qəbələ” boks klubunun dəstəyi ilə ümummilli lider Heydər Əliyevin adını daşıyan kəmər uğrunda Azərbaycan, Macarıstan, Ukrayna, Belarus, Böyük Britaniyadan olan idmançılar mübarizə aparıb.
Yarışda Azərbaycan idmançısı Fariz Məmmədov Rəşid Behbudovun “Azərbaycan” mahnısının sədaları altında rinqə çıxıb. Boksçumuz Belarusdan olan rəqibini 3-cü raundda noqdaun vəziyyətinə salaraq vaxtından əvvəl rinqdən kənarlaşdırıb.
Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsinin hər il təşkil etdiyi boks çempionatının ilk turu sentyabrın 7-də Almaniyanın Aysleben şəhərində keçirilmişdi.
Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində yaradılıb və həmin şəhərdə fəaliyyət göstərir. Komitənin məqsədi dünya idmançılarını birləşdirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. xəbər verir ki, Ukraynanın Xarkov şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin keçirdiyi boks çempionatının ikinci turu baş tutub.
Almaniyanın Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyəti və “Qəbələ” boks klubunun dəstəyi ilə ümummilli lider Heydər Əliyevin adını daşıyan kəmər uğrunda Azərbaycan, Macarıstan, Ukrayna, Belarus, Böyük Britaniyadan olan idmançılar mübarizə aparıb.
Yarışda Azərbaycan idmançısı Fariz Məmmədov Rəşid Behbudovun “Azərbaycan” mahnısının sədaları altında rinqə çıxıb. Boksçumuz Belarusdan olan rəqibini 3-cü raundda noqdaun vəziyyətinə salaraq vaxtından əvvəl rinqdən kənarlaşdırıb.
Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsinin hər il təşkil etdiyi boks çempionatının ilk turu sentyabrın 7-də Almaniyanın Aysleben şəhərində keçirilmişdi.
Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində yaradılıb və həmin şəhərdə fəaliyyət göstərir. Komitənin məqsədi dünya idmançılarını birləşdirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.