“Qalatasaray”ın yeni baş məşqçisi Roberto Mançini oldu
30 sentyabr, 2013 10:06
İtaliyalı mütəxəssis Roberto Mançini “Qalatasaray”ın yeni baş məşqçisi təyin olunub.
ERtv-nin Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, müqavilə 2+1 sistemində imzalanıb.
Mançini illik 5,5 milyon avro və üstəgəl bonuslar alacaq. “Qalatasaray” oktyabrın 2-də Çempionlar Liqasının “Yuventus”a qarşı oyununa Mançininin rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, Roberto Mançininin son komandası “Manchester City” olub. Onun rəhbərliyi altında “Manchester City” İngiltərə Kubokunu (2010/2011), İngiltərə Çempionatını (2011/2012) və İngiltərə Superkubokunu (2012) udub.