Lənkəranın iki kəndində yeni poçt binaları istifadəyə verilib
30 sentyabr, 2013 10:04
Lənkəran rayonunun Gərmətük qəsəbəsində və Sütəmurdov kəndində regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq yeni poçt binaları əhalinin istifadəyə verilib.
Bu barədə ERtv-nin bölgə müxbirinə «Azərpoçt» MMC-nin Lənkəran poçt şöbəsindən məlumat verilib.
Bildirilib ki, yeni xidmət obyektlərində əhaliyə poçt və rabitə xidmətləri ilə yanaşı, pulsuz internet, avtomobillərin sığortası və müxtəlif bank xidmətləri göstəriləcək.
Məqsəd əhaliyə göstərilən poçt və rabitə xidmətlərinin səviyyəsini yüksəltməkdir.