Bakıda aztəminatlı məktəblilərin dərs kitabları və ali məktəblərə hazırlıq üçün metodiki vəsaitlərlə təmin olunması məqsədilə xeyriyyə aksiyası keçirilib.
ERtv-nin məlumatına görə, Hədəf nəşrləri tərəfindən təşkil olunan aksiyanın əsas məqsədi artıq məzun olan gənclərin istifadə etmədikləri kitabların onlara ehtiyacı olan əllərə çatdırılması olub.
Sentyabrın 3-dən başlayaraq start götürən aksiyada Hədəf kurslarının məzunları və müəllim heyəti də yaxından iştirak edib.
Bundan başqa, aksiyaya qatılmaq arzusunda olanlar hədiyyə etmək istədikləri kitabları 25 gün ərzində “Kitabevim.Az” kitab mağazasına təhvil veriblər.
Aksiya vaxtı 5 minə yaxın sayda dərslik, test bankları, metodiki vəsaitlər və digər ədəbiyyat nümunələri kitaba ehtiyacı olan yeniyetmə və gənclərə pulsuz paylanılıb.