Bağdadın şiə məhəllələrində qırğın davam edir
30 sentyabr, 2013 10:01
Bağdadın şiələr yaşayan məhəllələrində törədilən silsilə partlayışlar nəticəsində son məlumatlara görə, ölənlərin sayı 36 nəfərə çatıb.
ERtv BBC-yə istinadən xəbər verir ki, terror aktları nəticəsində 100-dən artıq dinc sakin yaralanıb.
Bağdadın maşın dayanacaqları və açıq bazarlarında ümumilikdə 12 minalanmış avtomobil partladılıb.