Xəbərlər

XİN rəhbəri: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası səmərəli platforma rolunu oynayır”
30 sentyabr, 2013 09:49

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) xarici işlər nazirlərinin görüşündə iştirak edib.

ERtv XİN-in rəsmi saytına istinadən xəbər verir ki, nazir Elmar Məmmədyarov hal-hazırda TDƏŞ-in sədr dövləti kimi Azərbaycanın təşkilatın rolunun genişləndirilməsi, fəaliyyətinin və imkanlarının artırılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb, bu xüsusda 2013-cü ilin avqustunda Qəbələ şəhərində keçirilmiş Zirvə toplantısının əhəmiyyətini qeyd edib.

Qəbələ Zirvə toplantısının açılışında Prezident İlham Əliyevin bu qurumun fəaliyyətində mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladığını xatırladan nazir E.Məmmədyarov, birgə mədəni, tarixi və iqtisadi dəyərləri bölüşən üzv dövlətlərin bu amillər əsasında əməkdaşlığı daha da gücləndirmək üçün əlverişli imkanlara malik olduğunu diqqətə çatdırıb.

Bu xüsusda nazir tərəfindən üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Bakı-Tbilisi-Qars dəmir yol xətti və TransAvrasiya super informasiya magistralı layihələrinin kəsb etdiyi əhəmiyyət qeyd edilib.

TDƏŞ-in üzv dövlətlər arasında beynəlxalq arenada bir-birilərini dəstəkləmək üçün səmərəli platforma rolunu oynadığını da deyən nazir, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycana göstərilmiş dəstəyə görə üzv dövlətlərə təşəkkürünü ifadə edib.

E.Məmmədyarov Azərbaycanın TDƏŞ-in himayəsi altında Türkdilli dövlətlərin mədəniyyət və irs fondunun yaradılması təşəbbüsünü yaxından dəstəklədiyini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.