Azərbaycanlı uşu ustası İslamiadada qalib gəldi
01 oktyabr, 2013 15:48
Bu gün İndoneziyada İslam Oyunları başa çatıb.
ERtv-nin verdiyi xəbərə görə, uşu üzrə turnirdə azərbaycanlı idmançı qızıl medal qazanıb.
Ruslan Pirəliyev (65kq) finalda iranlı Mohsen Məhəmmədseyfiyə qalib gələrək, birinci yerə çıxıb. Elçin Eminov isə (56 kq) yarımfinalda iranlı Əli Bəxtiyarikabutarakiyə məğlub olaraq, bürünc medal qazanıb.