ERtv fotoensiklopediya rubrikasında dünyanın ən işlək hava limanlarını təqdim edir:
2012-ci ildə sərnişin sayına görə dünyanın ən işlək hava limanlarının adları açıqlanıb.
Beynəlxalq Hava Limanları Şurasının hesabatına görə, bu müddətdə dünyanın ən gərgin işləyən hava limanı 95,6 mln. sərnişinə xidmət edən ABŞ-ın Atlanta, ən tənbəl isə cəmi 12 nəfər sərnişinin qeydə alındığı İspaniyanın Son Bonet hava limanı olub.
Hesabata əsasən sərnişinlərin sayına görə, ilk beşlikdə ATL Atlanta (ABŞ), - 95 659 485 sərnişin, PEK Bejing, (Çin) - 81 929 359 sərnişin, LHR London, BB- 70 038 804 sərnişin, HND Tokio (Yaponiya) - 66 795 168 sərnişin, ORD Çikaqo (ABŞ) - 66 633 503 sərnişin sıralanıb.
Daha sonra isə siyahıda LAX Los-Anceles (ABŞ), CDG Paris (Fransa), DFW Dallas/Fort Worth (ABŞ), CGK Cakarta (İndoneziya) və DXB Dubay (BƏƏ) hava limanları yer alır.
Bildirək ki, dünyanın ən işlək 50 hava limanı arasında İstanbuldakı Atatürk Hava Limanın da adı var və o bu siyahıda 20-ci yeri tutur.
Ümumiyyətlə, hesabata əsasən 2012-ci ildə sərnişin sayına görə dünyanın ən işlək 50 hava limanından 29-u Şimali Amerika və ya Avropada yerləşib.
1. ATL Hartsfield-Jackson Atlanta, ABŞ
2. PEK Beijing-Capital International, Çin
3. LHR London-Heathrow, BB
4. HND Tokio (Xaned),Yaponiya
5. ORD Çikaqo O’Hare, ABŞ
6. LAX Los-Anceles,
7. CDG Paris-Charles De Gaulle, Fransa
8. DFW Dallas/Fort Worth, ABŞ
9. CGK Cakarta Soekarno-Hatta, İndoneziya
10. DXB Dubay, BƏƏ