ABŞ prezidenti Barak Obama bazar ertəsi Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.
ERtv Mignews-a istinadən xəbər verir ki, siyasətçilərin müzakirə etdikləri əsas mövzulardan biri İsraili xüsusilə narahat edən İranın nüvə proqramı məsələsi olub.
Görüşdən sonra jurnalistlər üçün keçirilən brifinqdə prezident Obama bildirib ki, o və baş nazir Netanyahu “İran nüvə silahına malik olmamalıdır!” fikrindədirlər.
“Bizim fikrimizcə İran nüvə silahına malik olmamalıdır”, - deyə Obama bildirib. O qeyd edib ki, İranın bir sözlə ABŞ-ın nüvə proqramı ilə bağlı narahatçılığını aradan qaldırmaq kifayət deyil.
ABŞ prezidenti xüsusi olaraq qeyd edib ki, İran prezidenti Həsən Ruhaninin sözləri əməldə öz təsdiqini tapmayınca Birləşmiş Ştatlar İslam Respublikasına qarşı hətta hərbi əməliyyatları belə istisna etməyəcək.