Xəbərlər

Azərbaycan qazı Türkiyədə Rusiya və İran qazının qiymətindən daha ucuz olacaq
01 oktyabr, 2013 15:40

“TransAnadolu” boru kəmərinin (TANAP) 2018-ci ildə işə düşməsindən sonra da Azərbaycan qazı Türkiyədə İran və Rusiya qazından daha ucuz qiymətdə olacaq.

ERtv-nin Türkiyənin “Habertürk” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə “SOCAR Türkiyə”nin başçısı Kənan Yavuz bildirib.

O qeyd edib ki, hazırda olduğu kimi Azərbaycan qazı digər rəqiblərinə görə daha uyğun qiymətə satılacaq:

“Bir sözlə, rəqiblərimizə görə, rəqabət gücümüz daha yüksək olacaq”.

Qeyd edək ki, Türkiyə üçün Azərbaycan qazının qiyməti min kubmetr üçün 350 dollar təşkil edir.

Eyni həcmdə İran qazının qiyməti 500 dollar, Rusiya qazı isə 400 dollardır.

Hazırda Azərbaycanın “Şahdəniz-1” yatağından hasil olunan qazı Cənubi-Qafqaz boru kəməri ilə Türkiyə ərazisinə ixrac olunur.

TANAP layihəsinin işə salınmasından sonra isə ilkin mərhələdə “Şahdəniz” yatağının ikinci mərhələsi üzrə hasil olunan 6 milyard kubmetr qaz Türkiyə ərazisində satılacaq.

Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihənin 10 milyard dollara başa gələcəyi nəzərdə tutulub.

TANAP layihəsində SOCAR 80%, Türkiyənin “BOTAŞ” və TPAO şirkətləri isə 20% paya malikdir.

SOCAR-ın layihədəki 29% payının  BP və “Statoil” şirkətlərinin hər birinə 12%, “Total” şirkətinə isə 5% pay vermək barədə razılığa gəlinib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.