Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi, işgüzarlığı və vətənpərvərliyi sayəsində xalqımızın rifah halı son dərəcə artıb.
ERtv xəbər verir ki, bunu xalq artisti, ünlü sənətçiAlim Qasımov hakim Yeni Azərbaycan partiyasının saytına müsahibəsində dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, İ.Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində Azərbaycan tamamilə yeni bir görkəm alıb.
Xalq artisti bildirib ki, ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib:
“Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar və nailiyyətlər əldə olunub. Bütün bu reallıqlar prezident İlham Əliyevin fəaliyyətin nailiyyətləridir.
Bu gün Azərbaycanın həyatında baş verən dəyişikləri hər bir insan Azərbaycan vətəndaşı öz həyatında, üzərində hiss edir. Bütün yaşanılan qələbələr, uğurlu, firavan həyat hər bir insanı Azərbaycanın prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşməyə sövq edir.
Heç şübhəsiz ki, növbəti 5 il ərizində də bu nailiyyətlər bizi müşayiət edəcək.
Qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqını böyük uğur və qələbə gözləyir. 10 ilin reallıqları bunu bizə deməyə əsas verir. Azərbaycan xalqının böyük əksəriyyəti, xüsusilə də bütün mədəniyyət işçiləri qarşıdan gələn prezident seçkilərində Azərbaycan prezidenti cənab İlham Əliyevə səs verəcək, ölkəmizin gələcəyi təmin olunacaq”.