Xəbərlər

Millət vəkili: Təhqir və şəxsiyyətə yönələn fikirlər demokratiya ilə əlaqəsi olmayan məsələlərdir
01 oktyabr, 2013 15:36

Prezidentin hüquqlarının, şərəf və ləyaqətinin hüquqi müstəvidə qorunması yönündə yeni qanunun qəbul olunması ilə bağlı birinci vitse-spiker Ziyafət Əsgərovun məlum təklifini tamamilə dəstəkləyirəm.

Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Millət vəkili qeyd edib ki, doğrudan da, ölkə Konstitusiyasında prezidentin şərəf və ləyaqətinin hüquqla qorunması barədə müddəa var, amma həmin müddəa indiyə qədər qanun şəklini almayıb:

“Bu da hazırda dövlət başçısı olan cənab İlham Əliyevin özünün təvazökarlığından irəli gələrək belə bir qanunun qəbulu yönündə təşəbbüslə çıxış etməməsi və ümumən Azərbaycan cəmiyyətində dövlət başçısına olan hörmətin qanunla deyil, ənənələr çərçivəsində qorunması ilə bağlıdır. Ancaq bəzən baş verən hadisələr, eləcə də son günlərdə prezident seçkiləri ilə bağlı debatlarda səslənən bəzi fikirlər prezidentin şərəf və ləyaqətinin qanunla qorunmasına ehtiyac olduğunu göstərir.

Söhbət onun məhz prezident statusunda olan şəxsin şərəf və ləyaqətinin qorunmasından gedir. Çünki o, sadəcə, bir vətəndaş olmayıb, olduğu dövlətin ali təmsilçisidir, dövlət hakimiyyətinə rəhbərlik edən şəxsdir, ali baş komandandır və onun şərəf və ləyaqətinin qanunla qorunmaması, çox təəssüf ki, bəzi insanların qanunda olan bu boşluqdan istifadə edərək, özlərinin ifadələrinə, bəyanatlarına sərhəd qoymamasına gətirib çıxarır.

Bəzən onlar bunu, sadəcə, demokratiya və söz azadlığı kimi qəbul edirlər. Ancaq təhqirin və şəxsiyyətə keçən fikirlərin bildirilməsi heç bir demokratiya ilə əlaqəsi olmayan məsələlərdir”.

A.Mirzəzadə bu baxımdan hesab edir ki, hüquqi dövlət olduğumuza görə bu məsələyə də münasibət bildirməyimiz çox düzgündür:

“Ümumən götürdükdə Azərbaycan cəmiyyəti həmişə insanların şərəf və ləyaqətinə hörmətlə yanaşan bir sosial toplumdur. Ancaq bununla belə bəzi hallarda bu qanunun tətbiqinə böyük bir ehtiyac yaranır. Hər halda ümid etmək istərdik ki, belə bir qanun müəyyən hazırlıqdan sonra bizim müzakirəmizə veriləcək”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.