Mikayıl Cabbarovun oktyabr 1-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib
29 sentyabr, 2013 20:03
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun oktyabr 1-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
ERtv Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təhsil nazirinin qəbulu oktyabr 8-nə keçirilib.
Qəbulda iştirak etmək üçün vətəndaşlar 4, 5 və 7 oktyabr tarixlərində, saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin Qəbul otağında və ya "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər.
Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.