“Azadlıq”radiosunun Prezident seçkiləri marafonundakı birtərəfli mövqeyi məncə kimsəni təəccübləndirməməlidir.
Onlar həmişə belə olub, eyni xətti yürüdüb, radikal qanadın dəstəkçisi rolunda çıxış edib. Bu gün isə Cəmil Həsənlinin mətbuat xidməti rolundadır” -ERtv xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev “Azadlıq”radiosu ətrafında gedən müzakirələrə qiymət verərkən bildirib.
“Ən maraqlı olan bilirsinizmi nədir? Bu ölkədə “Azadlıq”adı ilə kim ortaya nə çıxarırsa, cəmiyyətə və xalqa həmin ampulada nə təqdim edirsə fəaliyyəti boyunca ilk hədəfə aldığı da məhz üzərində daşıdığı ad olur. Yəni-azadlıq. Və ya, bütün fəaliyyət və məram o adın məna və mahiyyətinin fövqündə qalır.
Elə ancaq “Azadlıq”qəzeti və “Azadlıq”radiosunin sərgilədiyi fəaliyyətə diqqət yetirmək kifayətdir ki, bu dediklərimə çoxları da haqq qazandırmış olsun.
Bir neçə gün bundan öncə həmin “Azadlıq”radiosu növbəti rəy sorğusunu cəmiyyətə sırımağa çalışdı. Hansı ki, çox güman öz redaksiyasında keçirib. Sonra da bu mənasız sorğunun “bəh-bəhli”, dekorlu müzakirələrini keçırdi. Yenə də birtərəfli şəkildə. Radikal oponentlərlə. Ortaya hər zamankı kimi ənənəvi, birtərəfli mövqe qoydu: Beynəlxalq medianın peşəkarlıq kodeksini və prinsipləri ayaqlar altına alaraq!
Bu dəmdə şəxsən mənim üçün maraqlı olan bir başqa məqam da var: Bu cür tərəfkeşlikdən və birtərəfli mövqedən sonra görəsən tutaq ki, bir vaxtlar bunların müdafiəsinə qalxan ABŞ Dövlət katibinin müavini Tomas Melia, ABŞ Yayım Şurası və ya Azərbaycanın rəsmi strukturlarının qapılarını “mazol”, yağır etmiş digər qurumlar, şəxslər nə üzlə danışacaqlar? “Azadlıq”,”Amerikanın səsi”radiosunun vacibliyindən, şəffaflığından, bitərəfliyindən dəm vurarkən ortaya hansı arqumentləri qoyacaqlar?
Budurmu ABŞ-ın təbliğ etdiyi bitərəflik, qərəzsizlik? Onlar görmürmü ki, “Azadlıq”radiosu kimi təsisatların tək məqsədi Azərbaycan hakimiyyətinin qəsdinə durmaqdır? Həm də bütün resurslarını işə salaraq?”- deyə politoloq fikirlərinə davam edib.